...

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Cəmiyyət Materials 24 Aprel 2012 16:44 (UTC +04:00)
Bakıda aprelin 28-29-da 30-a yaxın Türkiyə universitetinin iştirakı ilə Azərbaycanda ilk dəfə xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq.
Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda aprelin 28-29-da 30-a yaxın Türkiyə universitetinin iştirakı ilə Azərbaycanda ilk dəfə xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Sərgidə tələbələrə yüksəkkeyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək. Bundan əlavə, Türkiyə universitetlərində pulsuz təhsil imkanları ilə bağlı təqdimatlar keçiriləcək.

Sərgidə Anadolu Universiteti, Bahçeşehir Universiteti, Boğaziçi Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ) və digər ali təhsil ocaqları təmsil olunacaq.

"Akademi Group" şirkəti tərəfindən təşkil olunacaq sərgi "Park Inn" hotelində saat 12:00-18:00 arası baş tutacaq.

Xəbər lenti

Xəbər lenti