...

Azərbaycanın Olimpiya çempionları və "Eurovision 2011"-in qalibi "Eurosport" kanalının filmində çəkiliblər

Cəmiyyət Materials 26 Aprel 2012 13:59 (UTC +04:00)
Azərbaycanın Olimpiya çempionları və "Eurovision 2011"-in qalibi "Eurosport" kanalının filmində çəkiliblər
Azərbaycanın Olimpiya çempionları və "Eurovision 2011"-in qalibi "Eurosport" kanalının filmində çəkiliblər

Azərbaycan, Bakı, 26 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycanın Olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftihəddinova, futbol üzrə milli yığma komandanın oyunçusu Rauf Əliyev və "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov dünya şöhrətli "Eurosport" kanalının Azərbaycan haqqında çəkdiyi 13 dəqiqəlik "Pass sport "filmində iştirak ediblər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yunan-roma güləşi üzrə 2004-cü ildə Afina Olimpiya Oyunlarının qalibi, ikiqat dünya çempionu Fərid Mansurov filmdə bələdçi kimi çıxış edərək YUNESKO-nun mədəni irsinə daxil edilmiş "İçərişəhər"ə gəzinti edir və Azərbaycanın tarixi, mədəni zəngin irsi haqqında məlumat verir.

Atıcılıq üzrə Sidney Olmipiya Oyunlarının qızıl mükafatçısı Zemfira Meftihəddinova isə filmdə Azərbaycan xalqının qonaqpərvərliyindən danışır. Beş yaşlı oğlu Ruslanla birlikdə müasir ticarət mərkəzlərindən birinə gəzintiyə çıxan Olimpiya çempionu, Bakının çoxmillətli şəhər, əhalisinin isə qonaqpərvər olduğunu diqqətə çatdırır.

Nigar Camalla ifa etdiyi duetdən sonra "Eurovison" mahnı müsabiqəsini Azərbaycana gətirən Eldar Qasımov Azərbaycan idmanını uğurlarından, idmançıların əldə etdiyi qələbələrdən, idman infrastrukturundan söz açır.

Eldar Qasımov filmdə ən böyük arzularından birinin Bakının 2020-ci ildə Olmipiya Oyunlarına ev sahibliyi etməsi olduğunu bildirib. "Bu, bizim üçün böyük şərəf olmaqla yanaşı, Azərbaycanın idmana verdiyi böyük diqqət və önəmin də bariz nümunəsi ola bilər", - o deyir

Azərbaycanın futbol üzrə milli yığma komandasının üzvü Rauf Əliyev dənizkənarı Milli Parkdakı gəzintisi ilə filmə yekun vurur.

Rauf Əliyev deyir ki, Bakıda yaşamaq, işləmək, oynamaq və ya sadəcə turist kimi gəlməyinizdən asılı olmayaraq, əminik ki, bu şəhər sizin sevimlinizə çevriləcək.

Xəbər lenti

Xəbər lenti