...

Azərbaycanda həftənin ilk gününün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 29 Aprel 2012 12:27 (UTC +04:00)
Aprelin 30-da ölkə ərazisinin hava şəraitində mühüm dəyişiklik gözlənilmir
Azərbaycanda həftənin ilk gününün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Mehdiyev/

Aprelin 30-da ölkə ərazisinin hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Aprelin 30-da Azərbaycanın rayonlarında isə əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.

Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti