...

Azərbaycanda realibitasiya mərkəzinə cəlb olunanların 30 faizi cinsi zorakılığa məruz qalanlardır

Cəmiyyət Materials 30 Aprel 2012 11:06 (UTC +04:00)
Azərbaycanda Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə son beş ayda 70 uşaq cəlb olunub.
Azərbaycanda realibitasiya mərkəzinə cəlb olunanların 30 faizi cinsi zorakılığa məruz qalanlardır

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə son beş ayda 70 uşaq cəlb olunub. Onların 30 faizi cinsi zorakılğa məruz qalan uşaqlardır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Milli Məclisdə "Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması" mövzusunda keçirilən konfrasda "Ümidli Gələcək" Gənclər Birliyinin sədri Nabil Seyidov bildirib.

Seyidovun sözlərinə görə, mərkəzə cəlb olunan digər uşaqlar evdə qohumları tərəfindən və digər yerlərdə fiziki zorakılığa məruz qalanlardır.

Konfrasda çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova isə bildirib ki, uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində səylərin birləşdirilməsinə ötən il çağırış edilib. Bir il ərzində bu məsələ ilə bağlı bir sıra tədbirlər keçirilib.

"Azərbaycanda uşaqlar çox böyük qayğı altındadırlar. Ölkədə istər qaçqın düşmüş, istərsə qayğıdan kənarda qalmış uşaqların problemlərinin həlli dünyaya nümunə kimi göstərilə bilər", - Muradova əlavə edib.

Xəbər lenti

Xəbər lenti