...

Bakıda hava sərinləşəcək

Cəmiyyət Materials 1 May 2012 12:52 (UTC +04:00)
Mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu ötən günlərə nisbətən 4-6 dərəcə aşağı enəcək.
Bakıda hava sərinləşəcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu ötən günlərə nisbətən 4-6 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, mayın 2-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Mayın 3-də isə səhər və gündüz bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır.

Mayın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər yarımadanın bəzi yerlərində zəif duman müşahidə ediləcək.

Axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 2-də hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq. Dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti