...

Azərbaycan ombudsmanı baş prokurora müraciət edib

Cəmiyyət Materials 1 May 2012 18:18 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında saxlanılan Oqtay Gülalıyevlə görüşüblər.
Azərbaycan ombudsmanı baş prokurora müraciət edib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında saxlanılan Oqtay Gülalıyevlə görüşüblər.

Trend-in Ombudsman Aparatının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gülalıyev buradakı saxlanma şəraitindən və müəssisə əməkdaşlarının ona qarşı rəftarından narazılıq etməyib, müəssisə rəisi tərəfindən lazımi şəraitin yaradıldığını bildirib.

O, eyni zamanda səhhəti ilə bağlı narahatlığını söyləyib və qeyri-obyektiv aparılması səbəbindən barəsində istintaqın Sabirabad rayon Polis Şöbəsindən alınaraq, başqa rayon polis şöbəsinə və ya Daxili İşlər Nazirliyinə verilməsini xahiş edib.

İstintaq təcridxanasının həkimi ilə söhbət zamanı o, Gülalıyevin səhhətində ciddi problem olmadığını bildirib.

Müəssisə rəisinə və həkimə lazımi tapşırıqlar verilib.

Ombudsman bu məsələ ilə bağlı baş prokurora müraciət edib.

Xəbər lenti

Xəbər lenti