...

Azərbaycanda vətəndaşlar peyvənd haqqında məlumatları internetden öyrənə bilərlər

Cəmiyyət Materials 3 May 2012 16:20 (UTC +04:00)
Azərbaycanda vətəndaşlar immunlaşdırma təqvimi haqqında məlumatları elektron qaydada ala bilərlər.
Azərbaycanda vətəndaşlar peyvənd haqqında məlumatları internetden öyrənə bilərlər

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda vətəndaşlar immunlaşdırma təqvimi haqqında məlumatları elektron qaydada ala bilərlər.

Səhiyyə Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu elektron xidmət tam avtomatlaşdırılıb. Bu xidmət http://sehiyye.gov.az/immunoprofilaktika_uzre_veb_resurs.html internet ünvanı vasitəsilə təqdim edilir.

Xidmətdən hər bir kəs istifadə edə bilər və onun istifadəsində məhdudiyyət qoyulmayıb.

Nazirlikdən bildirilib ki, elektron sağlamlıq kartı olan insanlar özlərinin və ya uşaqlarının sağlamlığı haqqında məlumatları - peyvəndlər, müayinə, aşkar olunmuş xəstəliklər barədə məlumatları artıq internetlə öyrənə bilərlər. Bu xidmətin nəticəsində vətəndaşlar özləri və ya uşaqları barədə səhiyyə üzrə məlumatları tez bir zamanda, heç bir tibb
müəssisəsinə getmədən əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti