...

Azərbaycan və Rusiya Qələbə Gününə tarixi yanaşmaların ümumiliyi ruhunda yanaşır – səfir

Cəmiyyət Materials 7 May 2012 16:47 (UTC +04:00)
Azərbaycan və Rusiya böyük Qələbə Gününə tarixi yanaşmaların ümumiliyi ruhunda yanaşırlar.
Azərbaycan və Rusiya Qələbə Gününə tarixi yanaşmaların ümumiliyi ruhunda yanaşır – səfir

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan və Rusiya böyük Qələbə Gününə tarixi yanaşmaların ümumiliyi ruhunda yanaşırlar. Trend-in məlumatına görə, bunu RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin bazar ertəsi Bakıda Böyük Qələbəyə həsr olunmuş fotosərginin açılışında deyib.

Fotosərgi 23 saylı məktəbdə keçirilib.

"Bu sərgiyə oxşar tədbirlər keçirməklə Azərbaycan və Rusiya Böyük Qələbəyə münasibətdə qarşılıqlı anlaşma ruhunu və tarixi qiymətləndirmələrin ümumiliyini göstərir", - səfir bildirib.

Onun sözlərinə görə, bu böyük günü xatırlamaq və babalarımızın qəhrəmanlıqları ilə qürur duymaq hər iki ölkənin vəzifəsidir.

Doroxinin sözlərinə görə, Azərbaycanın müdrik rəhbərliyi sayəsində ölkə bu məsələdə düzgün mövqe tutur.

Bakıdakı 23 saylı məktəbdə Rusiyanın Azərbaycandakı səfirliyi Qələbə Gününə həsr olunmuş sərgi təşkil edib. Sərginin açılışı münasibətilə keçirilən tədbirdə Rusiya, Tacikistan və Belarusun səfirləri, Qazaxıstan səfirliyinin müşaviri, eləcə də Böyük Vətən müharibəsi veteranları iştirak ediblər. Məktəb şagirdləri Böyük Vətən müharibəsi veteranlarına hədiyyə olaraq Böyük Qələbəyə həsr olunmuş ədəbi kompozisiya hazırlayıblar.

Doroxinin sözlərinə görə, Azərbaycan cəbhəni neftlə təmin edərək qələbəyə verdiyi böyük töhfəyə görə fəxr etməlidir.

"Böyük Vətən müharibəsində 600 min azaərbaycanlı iştirak edib və onların yarısı qayıtmayıb. 121 Sovet İttifaqı Qəhrəmanı azərbaycanlıdır. Və sizin məktəbiniz onlardan ikisinin burada oxuması ilə fəxr edə bilər", - səfir deyib.

Məktəbin direktoru İradə Rəhimli qeyd edib ki, Sovet İttifaqı qəhrəmanları Klimov və İqnatkov 23 saylı məktəbi bitiriblər.

Direktor hazırlanan tamaşaya görə şagirdlərə təşəkkürünü bildirib və müharibə veteranlarını Qələbə Günü münasibətilə təbrik edib.

Xəbər lenti

Xəbər lenti