...

Heydər Əliyev Fondu "Eurovision 2012" çərçivəsində müsabiqə keçirib

Cəmiyyət Materials 8 May 2012 11:36 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsində rəsmi tərəfdaş olan Heydər Əliyev Fondu son hazırlıq mərhələsində bütün proseslərdə aktiv iştirak etməklə yanaşı, layihə çərçivəsində daha bir humanist aksiya gerçəkləşdirir.
Heydər Əliyev Fondu "Eurovision 2012" çərçivəsində müsabiqə keçirib

Azərbaycan, Bakı, 8 may /Trend/

"Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsində rəsmi tərəfdaş olan Heydər Əliyev Fondu son hazırlıq mərhələsində bütün proseslərdə aktiv iştirak etməklə yanaşı, layihə çərçivəsində daha bir humanist aksiya gerçəkləşdirir.

Fonddan çərşənbə axşamı Trend-ə daxil olan məlumata görə, Fond iştirakçı dövlətlərdə "Mən Azərbaycanı kəşf edirəm" mövzusunda inşa müsabiqəsi elan edib. Azərbaycanı tanımaq, onun tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradan müsabiqənin yalnız fiziki qüsurlu uşaq və yeniyetmələr arasında keçirilməsi Heydər Əliyev Fondunun önəm verdiyi humanizm prinsiplərindən irəli gəlib.

Şərtlərdən biri də müsabiqədə yalnız 9-18 yaş arası məktəblilərin iştirakıdır. İnşa müsabiqəsinə təqdim olunan yazıların qəbulu aprelin 30-da başa çatıb. Təşkilat Komitəsi müsabiqə iştirakçılarının göndərdiyi elektron yazılara baxaraq seçim aparıb və qaliblər müəyyən edilib.

Hər iştirakçı dövlətdən 2 nəfər müsabiqə qalibi və onları müşayiət edən şəxslər Azərbaycanın qonağı olacaqlar. Həmin günlərdə onlar uyğunlaşdırılmış yaşayış yeri və nəqliyyat vasitəsi ilə təmin olunacaqlar. Gəzinti və istirahət üçün tərtib olunmuş xüsusi proqram əsasında qonaqlar Bakı ilə yaxından tanış olacaq və "Eurovision 2012" mahnı müsabiqəsinin final mərhələsində möhtəşəm şounu izləmək şansı əldə edəcəklər.

Hazırda elan olunan qaliblərin Azərbaycana gəlməsi üçün hazırlıq işləri aparılır.

Xəbər lenti

Xəbər lenti