...

Azərbaycanın Qarabağ cinsli atları Böyük Britaniya Kraliçası hakimiyyətinin yubileyində nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 15 May 2012 15:37 (UTC +04:00)
Azərbaycanın Qarabağ cinsli atları Böyük Britaniya Kraliçası II Yelizaveta hakimiyyətinin yubileyində nümayiş etdirilib.
Azərbaycanın Qarabağ cinsli atları Böyük Britaniya Kraliçası hakimiyyətinin yubileyində nümayiş olunub (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 01:56-də yayılıb)

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycanın Qarabağ cinsli atları Böyük Britaniya Kraliçası II Yelizaveta hakimiyyətinin yubileyində nümayiş etdirilib.

Trend-in "The Times" qəzetinə isitinadən verdiyi məlumata görə, Vindzor atlar sərgisindəki brilyant yubiley Kraliçanın 60 illik krallığı münasibətilə keçirilən ilk böyük rəsmi mərasim olub. Mərasim atları uşaqlıqdan sevən 86 yaşlı Kraliçanın şərəfinə təşkil olunub.

90 dəqiqə ərzində Qarabağ atları ilə yanaşı, ərəb, Avstraliya və Hindistan atları, Şotlandiya poniləri, süvari və rodeo atları Kraliçaya bacardıqlarını nümayiş etdiriblər.

Bukingem sarayının fasadı şəklində qurulan səhnənin qarşısında atlar rəqs edir, bir-birilərinə hücum edir və yerə uzanırdılar.

Xəbər lenti

Xəbər lenti