Azərbaycan, Bakı, 15 may / Trend müxbir M.Əliyev/
Milli Məclis komitəsinin iclasında bələdiyyə torpaqlarının xəritəsi məsələsi qaldırılıb.
Trend-in məlumatına görə, çərşənbə axşamı Milli Məclisin Regional məsələlər komitəsinin iclasında çıxış edən komitə üzvü, deputat Qalib Salahzadə hələ də bəzi bələdiyyələrin səlahiyyətlərində olan torpaqların xəritəsinin verilməməsinə etirazını bildirib.
"12 ildən çoxdur ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir, amma bu gün Bakı ətrafında əksər bələdiyyələr hələ də bilmirlər ki, onların səlahiyyətində nə qədər və hansı torpaqlar var. Onların ərazisində olan torpaqların xəritəsi yoxdur. Amma ARDNŞ-nin səlahiyyətində olan torpaqlarla bağlı xəritəsi var və buna görə də şirkət haqlı olaraq əksər hallarda bəllədiyyələri torpaq məsələsində ittiham edə bilir. Sonra da bələdiyyə torpaqları adı ilə həmin torpaqlarda məskunlaşan insanlarla neft şirkəti arasında ciddi mübahisələr yaranır", - Salahzadə deyib.
Komitə sədri Arif Rəhimzadə isə çıxışında bildirib ki, bu gün əksər bələdiyyələrin xəritələri var və onlar öz ərazilərini tanıyırlar.
Azərbaycan Parlamentində bələdiyyə torpaqları müzakirə olunub
Milli Məclis komitəsinin iclasında bələdiyyə torpaqlarının xəritəsi məsələsi qaldırılıb.