...

Seysmoloji Xidmət Mərkəzi Şəkidə güclü zəlzələnin olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Cəmiyyət Materials 16 May 2012 16:06 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) əhali arasında bu gün Şəkidə güclü zəlzələnin olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Seysmoloji Xidmət Mərkəzi Şəkidə güclü zəlzələnin olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) əhali arasında bu gün Şəkidə güclü zəlzələnin olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Mərkəzdən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarından RSXM-ə çoxsaylı zənglər və müraciətlər daxil olur. Daxil olan zənglərdə Şəkidə əhali arasında bu gün guya güclü zəlzələnin olacağına dair məlumatların yayıldığı bildirilib.

"Bununla bağlı çoxsaylı jurnalist müraciətlərinin də olduğunu nəzərə alaraq bir daha bəyan etmək istəyirik ki, nəinki Azərbaycanda, eləcə də bütün dünyada heç kim zəlzələ ilə bağlı proqnoz verə bilmir. Odur ki, Şəkidə yayılan məlumatlar əsası olmayan informasiyalardır", - məlumatda qeyd edilib.

Daha sonra bildirilib ki, Zaqatala rayonunda baş verən zəlzələnin təsiri olaraq həmin bölgədə müəyyən təkanların baş verməsi normaldır. Vaxt keçdikcə bu təkanlar zəifləməyə doğru gedəcək.

"Odur ki, bu məsələdə bütün həmkarlarımızdan əhalinin maarifləndirilməsi istiqamətində təbliğatı gücləndirmək, insanlarımızda əsası olmayan informasiyalarla yersiz qorxu və narahatçılıqlar yaradılmasına yol verməməyi xahiş edirik", - mərkəzdən bildirilib.

Xəbər lenti

Xəbər lenti