...

Rusiyanın ali məktəblərinə sənəd verən azərbaycanlı gənclərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

Cəmiyyət Materials 17 May 2012 14:46 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiyanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edəcək azərbaycanlı gənclər üçün "Abituriyentin imtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.
Rusiyanın ali məktəblərinə sənəd verən azərbaycanlı gənclərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiyanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edəcək azərbaycanlı gənclər üçün "Abituriyentin imtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.

Komissiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, 2012/2013-cü tədris ilində Rusiyanın ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə sənəd verən abituriyentlər "Buraxılış vərəqəsi"nin çap edilməsi üçün www.tqdk.gov.az saytına daxil olmalıdırlar.

Rusiyanın ali məktəblərinə qəbul imtahanı mayın 18-də keçiriləcək. İmtahan nəticəsində müsabiqə şərtini ödəyərək növbəti mərhələdə iştirak hüququ qazanan abituriyentlər mayın 19-da TQDK-da təşkil olunacaq müsahibədə iştirak edəcəklər.

2012/2013-cü tədris ili üçün Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə 101 nəfər sənəd verib.

Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar.

Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar.

Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.

Xəbər lenti

Xəbər lenti