...

UNICEF və Azərbaycan Xüsusi Olimpiya Komitəsi əməkdaşlığa başlayıb (FOTO)

Cəmiyyət Materials 18 May 2012 12:59 (UTC +04:00)
UNICEF və Azərbaycan Xüsusi Olimpiya Komitəsi (AXOK) əlilliyi olan uşaqlar üçün bərabər imkanlar yaratmaq və idmanla onların tam potensiallarının aşkarlanmasına yardım etmək üçün birgə anlaşma memorandumu imzalayıb.
UNICEF və Azərbaycan Xüsusi Olimpiya Komitəsi əməkdaşlığa başlayıb (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/

UNICEF və Azərbaycan Xüsusi Olimpiya Komitəsi (AXOK) əlilliyi olan uşaqlar üçün bərabər imkanlar yaratmaq və idmanla onların tam potensiallarının aşkarlanmasına yardım etmək üçün birgə anlaşma memorandumu imzalayıb.

Bununla bağlı cümə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən tədbirdə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, tərəflər bununla rəsmi tərəfdaşlığa start verirlər. Bu yeni tərəfdaşlıq əlilliyi olan uşaqların digər uşaqlarla bərabər hüquqlara malik olmasına yardım edəcək.

O hesab edir ki, adekvat səhiyyə xidmətlərindən, keyfiyyətli təhsildən bəhrələnmək, istismar və xəstəliklərdən qoruyacaq mühitdə yaşamaq əlilliyi olan uşaqların haqqıdır.

AXOK-nın prezidenti Şahin Əliyev bildirib ki, Azərbaycan Xüsusi Olimpiya Hərəkatına 20 il əvvəl qoşulub. Komitə 1990-cı ildən etibarən SSRİ Xüsusi Olimpiya Komitəsinin tərkibində fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1991-ci il noyabrın 30-da ilk XOK təsis edilib.

Əliyev deyib ki, UNİCEF-in Xüsusi Olimpiya Komitəsi ilə qlobal tərəfdaşlığı 2007-ci ildən başlayıb. Bu qurum artıq 15 ölkədə tərəfdaşlıq münasibətləri qurub.

Xəbər lenti

Xəbər lenti