Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/
Bu gün Ağdaş rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılmış hemodializ şöbəsi istifadəyə verilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, hemodializ şöbəsi 8 süni böyrək aparatı ilə təchiz olunub. Şöbə eyni vaxtda 50-yə yaxın xəstənin hemodializ seansları ilə təmin olunmasına imkan yaradacaq.
Bu şöbənin istifadəyə verilməsi nəticəsində artıq bu bölgədən olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ seansları qəbul etmək üçün respublikanın digər regionlarına və Bakıya getmələrinə ehtiyac olmayacaq.