...

Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Azərbaycanda səfərdədir

Cəmiyyət Materials 22 May 2012 18:25 (UTC +04:00)
Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostropoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Azərbaycanda səfərdədir

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İsabalayeva/

Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostropoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Soltan Məmmədov çərşənbə axşamı Trend-ə bildirib ki, dünən axşamdan başlayan səfərin mayın 26-da yekunlaşması planlaşdırılır. Artıq nümayəndə heyəti Səhiyyə Nazirliyinin rəsmiləri ilə görüşüb.

Görüşdə Səhiyyə Nazirliyi ilə Rostropoviç-Vişnevskaya Fondu tərəfindən Azərbaycanda həyata keçirilən "Hamilə qadınların HepB və HİV-ə qarşı diaqnostikası və yenidoğulmuş uşaqların HepB-ə qarşı profilaktikası" və "Məktəbli uşaqlar arasında helmintlərə qarşı mübarizə" proqramları, rutin peyvənd proqramı çərçivəsində görülən işlər və gələcək perspektivlər müzakirə olunub.

Görüşdə Fondun Səhiyyə Nazirliyi ilə birgə təşkil etdiyi Milli İmmunlaşdırma Kampaniyası, həmçinin birgə həyata keçirilən milli peyvənd təqviminə uyğun olaraq rutin peyvənd proqramı sayəsində ölkə ərazisində qızılca, parotit və məxmərək kimi xəstəliklərin göstəricilərinin xeyli aşağı düşdüyü bildirilib.

Nümayəndə heyəti bu gün həm də Bakı şəhər 2 saylı Doğum Evində "Hamilə qadınların HepB və HİV-ə qarşı diaqnostikası və yenidoğulmuş uşaqların HepB-ə qarşı profilaktikası" proqramının gedişi ilə maraqlanıb.

Səfər zamanı nümayəndə heyəti bir sıra tibb müəssisələrində olacaqlar.

Xəbər lenti

Xəbər lenti