Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda vətəndaşlar saxta dərmanlardan qorunmaq məqsədilə dərmanların rəsmi qeydiyyatdan keçib-keçmədiyi haqqında məlumatları internetlə əldə edə bilərlər. Bu barədə çərşənbə günü Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, bu məqsədlə dərman vasitələri haqqında elektron məlumat bazası yaradılıb.
Bu elektron xidmət sayəsində vətəndaşlar qeydiyyatdan keçmiş dərmanlar haqqında dərhal məlumat ala bilərlər.
Elektron bazaya dövlət qeydiyyatından keçmiş 3000-dən çox dərman haqqında məlumat yerləşdirilib.