...

Bakı sakinləri və qonaqları üçün sabaha hava proqnozu

Cəmiyyət Materials 24 May 2012 13:10 (UTC +04:00)
Sabah Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Bakı sakinləri və qonaqları üçün sabaha hava proqnozu

Azərbaycan, Bakı, 24 may / Trend müxbir M.Əliyev/

Sabah Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Paytaxtda və yarımadada şimal küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq, havanın temperaturunun gecə 17-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnozlara görə, mayın 25-dən 27-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti