...

Azərbaycan beynəlxalq təhsil konfransında iştirak edəcək

Cəmiyyət Materials 24 May 2012 15:53 (UTC +04:00)
Azərbaycan Belçikanın paytaxtı Brüsseldə "Peşə təhsilinin multiidarəetmə sistemi" adlı beynəlxalq konfransda iştirak edəcək.
Azərbaycan beynəlxalq təhsil konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Belçikanın paytaxtı Brüsseldə "Peşə təhsilinin multiidarəetmə sistemi" adlı beynəlxalq konfransda iştirak edəcək. Bunu cümə axşamı Trend-ə Təhsil Nazirliyinin Peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, tədbir 30 may-1 iyun tarixlərində keçiriləcək.

Tədbirdə Azərbaycanın peşə təhsili sahəsində apardığı islahatlar, bu sahə üzrə topladığı təcrübə barədə də məlumatlar veriləcək.

Azərbaycanı tədbirdə Məmmədov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti