...

"Amnesty International" və "Human Right Watch" növbəti dəfə məsələlərə qərəzli yanaşıblar - QHT nümayəndəsi

Cəmiyyət Materials 25 May 2012 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend müxbir M.Əliyev/

"Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatlar növbəti dəfə məsələlərə qərəzli baxış nümayiş etdiriblər. Bu barədə cümə günü Trend-ə "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev bildirib.

"Bir tərəfdən bunu Azərbaycan cəmiyyəti, vətəndaş cəmiyyəti strukturları, digər tərəfdən isə hesabat hazırlayan başqa nüfuzlu təşkilatlar dəstəkləmir", - Mehdiyev qeyd edib.

Onun sözlərinə görə, qeyri-obyektiv hesabatlar hazırlayan təşkilatlar Azərbaycanda bir sıra insanların hüquqlarının pozulduğunu bildirirlər və bu, onların ən azından Azərbaycan qanunvericiliyindən xəbərsiz olduğunun göstəricisidir.

"Onlar "Eurovision"la bağlı bir sıra şəxslərin evlərinin söküldüyünü bildirirlər. Lakin dünyanın hər yerində dövlət ehtiyacları üçün hər hansı köhnə tikililər sökülür. Azərbaycanda da mənzil sahibləri orta bazar qiymətlərinə uyğun kompensasiya alıb. Şübhəsiz ki, kimlərsə daha artıq pul almaq üçün şikayətlənə bilərlər", - Mehdiyev deyib.

İB sədri vurğulayıb ki, həmin təşkilatlar Azərbaycan cəmiyyətini daha çox düşündürən qaçqınların vəziyyəti, məcburi köçkünlərin pozulan hüquqları, Ermənistanın danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyi ilə bağlı heç bir hesabat hazırlamırlar.

"Eurovision" kimi böyük beynəlxalq müsabiqənin keçirildiyi bir vaxtda müxalifət nümayəndələrinin mitinq keçirdiklərini və bunun həmin təşkilatlar tərəfindən geniş işıqlandırıldığını deyən Mehdiyev bildirib ki, bunda əsas məqsədiölkədə hər hansı bir qarışıqlığın yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti