...

AXCP sədrinin evinin qarşısında etiraz aksiyası keçirilib

Cəmiyyət Materials 25 May 2012 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Bu gün AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiya iştirakçıları olan bir qrup gənc Kərimlini İranın dini liderini dəstəkləyən açıqlamalar verməkdə qınayıblar.

Aksiya iştirakçıları Əli Kərimlini ölkəni tərk etməyə çağırıblar.

Aksiyada "Xain, xain!", "Xamneyini özünə lider seçən Əli Kərimliyə ar olsun!" şüarları səsləndirilib, "Əli Kərimli+İran mollası=milli xəyanət", "Əli Kərimli: Ay alan, məmləkəti Azərbaycan satıram!", "Azərbaycanda molla rejiminə yer yoxdur!" kimi şüarların yazıldığı plakatlar qaldırılıb.

Xəbər lenti

Xəbər lenti