Azərbaycan, Bakı, 29 may / Trend müxbir M.Əliyev/
Azərbaycan Ali Məhkəməsinin hakimi daha aşağı vəzifəyə keçirilib.
Trend-in məlumatına görə, Parlamentin çərşənbə axşamı keçirilən iclasında Səadət Bektaşinin Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılaraq qəbul olunub.
Parlamentin iclasında həmçinin "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında", "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında", "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Dövlət rüsumu haqqında" qanunlarına və Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişikliklər edilməsi müzakirə olunacaq.