...

Misir Azərbaycandan olan turistlər üçün vizasız rejim tətbiq edib

Cəmiyyət Materials 29 May 2012 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A.Tağıyeva/

Misir səkkiz ölkədən olan turistlər üçün ölkədə turizmin inkişafı məqsədilə vizasız rejim tətbiq edib. Trend-in "əl-Əhram" qəzetinə istinadən yaydığı məlumata görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Misir Nazirlər Kabinetinin sədri Kamal əl-Qanzuri bildirib.

"İndi vətəndaşları sərhədi keçərkən, eləcə də aeroportlarda Misir vizası ala biləcək ölkələrin sırasına Əlcəzair, Mərakeş, Tunis, İordaniya, Türkiyə, Çin, Hindistan və Azərbaycan daxildir", - əl-Qənzuri bildirib.

Onun sözlərinə görgə, vizasız rejim yalnız onların Misir ərazisində olmalarına görə məsuliyyət daşıyan turizm şirkətlərinin zəmanət verə biləcəkləri turistlər üçün təyin edilib.

Xəbər lenti

Xəbər lenti