...

Azərbaycanda prokurorluq əməkdaşlarının və hakimlərin pensiya təminatının gücləndirilməsi tövsiyə olunub

Cəmiyyət Materials 30 May 2012 11:17 (UTC +04:00)
Konstitusiya Məhkəməsi prokurorluq qulluqçularının, habelə hakimlərin sosial təminatına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Milli Məclisə tövsiyə verib.
Azərbaycanda prokurorluq əməkdaşlarının və hakimlərin pensiya təminatının gücləndirilməsi tövsiyə olunub

Azərbaycan, Bakı, 30 may / Trend müxbir K.Zərbalıyeva/

Konstitusiya Məhkəməsi prokurorluq qulluqçularının, habelə hakimlərin sosial təminatına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Milli Məclisə tövsiyə verib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Baş Prokurorluğun sorğusunda prokurorluq orqanlarında müəyyən müddət işləmiş və sonradan məhkəmə sisteminə keçmiş şəxslər üçün pensiyanın və ümumi stajın hesablanması qaydasının aydınlaşdırılması xahiş olunur.

KM-in qərarında qeyd olunur ki, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna görə, prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Prokurorluq işçilərinin əmək pensiyası hüququnu əldə etmək üçün qanunvericilikdə iki imkan - prokurorluq orqanlarında 25 il xidmət və ya prokurorluq orqanlarına işə keçərkən müvafiq digər orqanlarda, o cümlədən məhkəmə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinə daxil edilməsi nəzərdə tutulub.

Lakin qanunvericilikdə ədliyyə və ya digər hüquq-mühafizə orqanlarının işçilərinin prokurorluq orqanlarına işə keçdiyi halda əmək pensiyasının və xidmət illərinin hesablanması qaydası müəyyən olunmayıb.

KM bu boşluğun aradan qaldırılması üçün prokurorluq qulluqçularının, habelə hakimlərin sosial təminatına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Milli Məclisə tövsiyə verib.

Xəbər lenti

Xəbər lenti