...

Bakıda kimsəsiz uşaqların rəsm əsərləri satışa qoyulacaq

Cəmiyyət Materials 30 May 2012 13:54 (UTC +04:00)
Bakıda kimsəsiz uşaqların rəsm əsərləri satışa qoyulacaq.
Bakıda kimsəsiz  uşaqların rəsm əsərləri satışa qoyulacaq

Azərbaycan, Bakı, 30 may /Trend müxbir K.Zərbalıyeva/

Bakıda kimsəsiz uşaqların rəsm əsərləri satışa qoyulacaq.

"Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyindən Trend-ə verilən məlumata görə, iyunun 1-3-də "Yay xeyriyyə bazarı" adlı xeyriyyə tədbiri keçiriləcək.

1 İyun - Beynəlxalq Uşaqlar Günü ilə əlaqədar təşkil olunan tədbirdə məqsəd insanların diqqətini xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olan uşaqların problemlərinə yönəltmək və insanların dəstəyi ilə kimsəsiz uşaqlar üçün "Yay Camp" adlı layihənin reallaşdırmaqdır.

"Yay Xeyriyyə Bazarı" iyunun 1-də İçərişəhərdə, iyunun 2-3-də MetroParkda keçiriləcək.

Xeyriyyə Bazarında bəzək əşyaları, suvinirlər, kitablar, yumşaq oyuncaqlar, kimsəsiz uşaqların rəsm əsərləri, əl işləri satışa qoyulacaq.

Eyni zamanda bazar davam edən müddətdə uşaqlar üçün Face grim (üzün rəngli boylarla bəzədilməsi) təşkil olunacaq.

Tədbirdən yığılan bütün vəsait xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olan uşaqlar üçün təşkil olunacaq "YAY Camp" layihəsinin reallaşmasına sərf olunacaq.

Xeyriyyə tədbirində müxtəlif şirkət rəhbərlərinin, dövlət xadimlərinin, tanınmış müğənilərin iştirakı da nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti