...

Azərbaycan ombudsmanı cəzaçəkmə müəssisələrində işgəncələr faktının olmadığını iddia edir

Cəmiyyət Materials 4 İyun 2012 11:22 (UTC +04:00)
Azərbaycanın cəzaçəkmə müəssisələrində monitorinqlər müntəzəm şəkildə davam etdirilir.
Azərbaycan ombudsmanı cəzaçəkmə müəssisələrində işgəncələr faktının olmadığını iddia edir

Azərbaycan, Bakı, 4 iyun / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın cəzaçəkmə müəssisələrində monitorinqlər müntəzəm şəkildə davam etdirilir. Hər hansı problem aşkarlandıqda, bununla bağlı dərhal Ədliyyə Nazirliyinə müraciət edirik. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın insan hüquqları üzrə müvəkkli, ombudsman Elmira Süleymanova deyib.

Ombudsman bildirib ki, bir cox hallarda həmin çatışmazlıqlar aradan qaldırılır.

"İndi bizdə işgəncələr faktı haqqında məlumatlar yoxdur. İşgənclər faktı Azərbaycanda və bir çox ölkələrdə müzakirə edilir. Ombudsman yalnız şikayət olarsa, müraciət edir. Əgər kimsə bizə kobud rəftarla bağlı müraciət edirsə, biz dərhal müraciəti Baş Prokurorluq və Daxili İşlər, Ədliyyə nazirliklərinə göndəririk", - Süleymanova deyib.

Xəbər lenti

Xəbər lenti