...

Azərbaycanda isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 6 İyun 2012 13:12 (UTC +04:00)
Yaxın 2 gündə Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Azərbaycanda isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir M.Əliyev/

Yaxın 2 gündə Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, iyunun 8-də mülayim şimal-qərb küləyi arabir güclənəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Bakıda və Abşeron yarımadasında iyunun 7-də hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti