...

Azərbaycanda hansı hallarda sığorta ödənişi almaq üçün yol polisindən arayış tələb olunmur?

Cəmiyyət Materials 6 İyun 2012 14:21 (UTC +04:00)
Azərbaycanda sığorta ödənişi almaq üçün Dövlət Yol Polisindən alınan arayışın tələb olunmadığı hallar müəyyən edilib.
Azərbaycanda hansı hallarda sığorta ödənişi almaq üçün yol polisindən arayış tələb olunmur?

Azərbaycan, Bakı, 6 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda sığorta ödənişi almaq üçün Dövlət Yol Polisindən alınan arayışın tələb olunmadığı hallar müəyyən edilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, arayışın tələb olunmadığı 4 hal müəyyənləşdirilib.

Yol nəqliyyat hadisəsi ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə və hadisənin baş verdiyi anda hər iki avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyəti sığortalanmış olduqda, hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda DYP-dən arayış tələb olunmur.

Həmçinin hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə, hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə də sığorta ödənişi almaq üçün sözügedən arayışın verilməsinə zərurət yoxdur.

Xəbər lenti

Xəbər lenti