...

Azərbaycan telekanallarının birində əcnəbi serialların yayılmasına icazə verilir

Cəmiyyət Materials 6 İyun 2012 16:30 (UTC +04:00)
Azərbaycanda "İctimai televiziya və radio yayımı haqqında" qanuna təklif olunan dəyişikliyə görə, İTV-də əcnəbi film və seriallar subtitrlərlə veriləcək.
Azərbaycan telekanallarının birində əcnəbi serialların yayılmasına icazə verilir

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "İctimai televiziya və radio yayımı haqqında" qanuna təklif olunan dəyişikliyə görə, İTV-də əcnəbi film və seriallar subtitrlərlə veriləcək.

Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin çərşənbə günü keçirilən iclasında müzakirə olunan qanunun 13-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində subtitrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.

Azərvaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlər müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.

İclasda iştirak edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə bu təklifdən narahat olduğunu deyib.

O qeyd edib ki, telekanallar arasında hüquqi bərabərlik yaratmaq lazımdır.

"Biz ölkənin televiziya kanallarında xarici serialları yayımlamağı qadağan etmişik. Əgər türk dilində olan serialları İTV-də versək, yenidən yerli filmlərin stimullaşdırılmasında problem olacaq", - o deyib.

Dəyişikliklər təklifi qəbul edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti