...

Azərbaycanda sosial hüquqlarla bağlı maarifləndirmə işləri aparılır

Cəmiyyət Materials 6 İyun 2012 17:20 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "İnsan hüquqları aylığı" çərçivəsində insan hüquqlarını, o cümlədən sosial hüquqları təbliğ edən mövzularda müxtəlif tədbirlər keçirilir.
Azərbaycanda sosial hüquqlarla bağlı maarifləndirmə işləri aparılır

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "İnsan hüquqları aylığı" çərçivəsində insan hüquqlarını, o cümlədən sosial hüquqları təbliğ edən mövzularda müxtəlif tədbirlər keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu istiqamətdə daha bir tədbir kimi, Şağan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokoluna uyğun olaraq hazırlanmış milli preventiv mexanizmin funksiyalarının səmərəli icrası ilə bağlı seminar keçirilib.

Nazirliyin tabeliyində olan sosial xidmət müəssisələrinin işçiləri üçün keçirilən seminarda nazirliyin əməkdaşları ilə bərabər, nazirlik yanında İctimai Şuranın işçi qruplarına daxil olan vətəndaş cəmiyyəti birliklərinin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilir. Bununla bağlı olaraq, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan hüquqları aylığı" elan olunub.

Xəbər lenti

Xəbər lenti