...

Azərbaycanın orta məktəblərində italyan dili tədris olunacaq

Cəmiyyət Materials 12 İyun 2012 13:48 (UTC +04:00)
Yaxın gələcəkdə Azərbaycanın orta məktəblərində italyan dilinin tədris olunması nəzərdə tutulur.
Azərbaycanın orta məktəblərində italyan dili tədris olunacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Yaxın gələcəkdə Azərbaycanın orta məktəblərində italyan dilinin tədris olunması nəzərdə tutulur.

Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov İtaliyada səfərdə olarkən həmin ölkənin La Sapienza Universitetinin rektoru Luici Frati ilə görüşündə deyib.

O deyib ki, hazırda bu məsələ ilə bağlı İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə müzakirələr aparılır.

Nazir yaxın vaxtlarda İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bir neçə Azərbaycan məktəbində bu dilin geniş tədris olunması üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti