...

Bişkekdəki parka Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı verilib

Cəmiyyət Materials 14 İyun 2012 16:44 (UTC +04:00)
Qırğızıstan paytaxtında Baytik-Batır və Tokombayev küçələrinin kəsişiyində yerləşən parka Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adı verilib. Belə bir qərar cümə axşamı Bişkek Şəhər Meriyasının növbəti 33-cü sessiyasında qəbul edilib. Trend-in məlumatına görə, bu barədə "24.kg" agentliyi xəbər verir.
Bişkekdəki parka Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı verilib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Qırğızıstan paytaxtında Baytik-Baatır və Tokombayev küçələrinin kəsişməsində yerləşən parka Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı verilib. Belə bir qərar cümə axşamı Bişkek Şəhər Meriyasının növbəti 33-cü sessiyasında qəbul edilib. Trend-in məlumatına görə, bu barədə "24.kg" agentliyi xəbər verir.

Merin müavini Bakıt Düşembiyevin sözlərinə görə, bu yaşıl zona D.Asanov adına Qələbə parkı ilə üzbəüz yerləşir.

"Qırğızıstan Respublikasında coğrafi adlar haqqında" qanuna, iqtisadi və humanitar əməkdaşlıq üzrə Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyasının ilk iclasında əldə olunan razılaşmaya, eləcə də meriyanın Toponimlər və xatirələrin əbədiləşdirilməsi komitəsinin qərarına uyğun olaraq, parkın ərazisi 5,5 hektar müəyyən edilib", - o deyib.

Bakıt Düşembiyev qeyd edib ki, memarlar yaşıl zonada artırılacaq ağac növləri üçün müfəssəl layihə hazırlayacaqlar.

"Gələcəkdə biz parkın sahəsinin 10 hektaradək artırılacağına ümid edirik", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti