...

Azərbaycanda növbəti buraxılış imtahanları keçiriləcək

Cəmiyyət Materials 16 İyun 2012 13:02 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
Azərbaycanda növbəti buraxılış imtahanları keçiriləcək

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir E.Mehdiyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

TQDK-dan şənbə günü Trend-ə verilən məlumata görə, hər bir rayon üzrə saat 10:00-da XI siniflər, 15:00-da isə IX siniflər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

11-ci sinif şagirdləri imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, 9-cu sinif şagirdləri isə imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnamə), təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkili yapışdırılır və şəkil möhürlə təsdiqlənir) özləri ilə gətirməlidirlər.

Qeyd edək ki, iyunun 18 də saat 10:00-da orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 44 imtahan mərkəzi ayrılıb.

Xəbər lenti

Xəbər lenti