...

"Farsca-rusca-azərbaycanca müxtəsər lüğət" işıq üzü görüb

Cəmiyyət Materials 18 İyun 2012 10:26 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəylinin tərtib etdiyi "Farsca-rusca-azərbaycanca müxtəsər lüğət" işıq üzü görüb.
"Farsca-rusca-azərbaycanca müxtəsər lüğət" işıq üzü görüb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəylinin tərtib etdiyi "Farsca-rusca-azərbaycanca müxtəsər lüğət" işıq üzü görüb.

Akademiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, 11 700 sözü əhatə edən bu nəşr Yusif Mirbabayevin 1945-ci ildə tərtib etdiyi lüğət əsasında hazırlanıb. Y.Mirbabayevin lüğətindən fərqli olaraq, təqdim olunan lüğətdə farsca sözlərin transkripsiyası verilib.

Lüğətin sözlüyü fars, rus və Azərbaycan dillərinin tezlik lüğətlərində yüksəktezlikli sözlər əsasında müəyyənləşdirilib. Yeri gəldikdə mövcud farsca, rusca, azərbaycanca lüğətlərə müraciət olunub, bir çox sözlərin tərcüməsi dəqiqləşdirilib, yeni sözlər əlavə edilib.

Rusca, azərbaycanca sözlük yeni orfoqrafiya qaydalarına uyğunlaşdırılıb.

Lüğət fars, rus və Azərbaycan dillərinə maraq göstərən, onları müstəqil öyrənən geniş oxucu kütləsi, tələbə və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti