Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir M.Əliyev/
Seysmoloqların son araşdırmalarına görə, Azərbaycan ərazisinin 60 faizə qədərini fövqəladə təhlükəli 8-9 ballıq intensivliklə səciyyələnən seysmik zonalar təşkil edir. Trend-in məlumatına görə, bunu "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusunda Ombusmanların X Bakı Beynəlxalq Konfransında çıxışı zamanı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Onun sözlərinə görə, Azərbaycan əhalisinin 4,5 milyondan çoxu həmin ərazilərdə yaşayır.
Nazir qeyd edib ki, Azərbaycanda son güclü zəlzələ Zaqatalada 7 bal gücündə olub.
"Həmin zəlzələnin rayonun infrastruktur lahiyələrinə xeyli ziyan vurmasına baxmayaraq, xöşbəxtlikdən insan tələfatı olmayıb. Fəlakətdən dərhal sonra FHN-in xilasetmə dəstələri həmin ərazidə fəaliyyətə cəlb olunublar", - Heydərov deyib.