...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Əməkdaşlıq Sazişi imzalanıb

Cəmiyyət Materials 22 İyun 2012 12:00 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Əməkdaşlıq Sazişi imzalanıb. Trend-in məlumatına görə, sazişdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlığa dair prioritet istiqamətlər öz əksini tapır
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan, Bakı, 22 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bu gün Bakıda Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Əməkdaşlıq Sazişi imzalanıb. Trend-in məlumatına görə, sazişdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlığa dair prioritet istiqamətlər öz əksini tapır.

Sazişə əsasən Beynəlxalq Miqrasiya Təşkilatı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti xüsusilə təbii fəlakət risklərinin azaldılmasında, fövqəladə hallar zamanı və fövqəladə hallar aradan qaldırıldıqdan sonra əhalinin həyatının normal axarına qaytarılması istiqamətlərində, həmçinin, əmək miqrasiyası, insan alveri ilə mübarizə, sosial və iqtisadi inkişaf sahələrində Azərbaycan Dövlətinin müvafiq strategiyalarına, proqramlarına və fəaliyyətlərinə dəstək vermək məqsədilə birgə maraq kəsb edən məsələlərlə bağlı mütəmadi əməkdaşlıq imkanlarını qiymətləndirəcəklər.

Sazişi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbər əvəzi Seyhan Aktoprak imzalayiblar.

Saziş imzalanmadan öncə Aktoprak bildirib ki, dunyada 1 milyarda yaxin miqrand var, onlardan 214 milyonu beynəlxalq miqrant, 740 milyonu isə məcburi koçkünlər də daxil olmaqla daxili miqrantlardır. Onun sözlərinə görə, miqrasiya prossesləri idarəçiliyində nailiyyət əldə etmək üçün dövlətlərin və beynəlxalq təşkilatların birgə əməkdaşlıgı vacibdir.

Aktoprak qeyd edib ki, miqrantların yaranmasının səbəblərindən biri əhalinin yaşayış vəziyyətini yaxşılaşdırmaq, gəlirlərini artırmaq, qazancdırsa, digər bir səbəbi təbii fəlakətlər və münaqişələr səbəbindən insanların öz yaşayış yerlərini tərk etməyə məcbur qalmasıdır.

Xüsusən təbii fəlakətlər və fövqəladə hallar zamanı dövlətlər və beynəlxalq təşkilatlar arasında birgə əməkdaşlıq zəruridi, bu əməkdaşlıq sahəsində təbii fəlakətdən, fövqəladə hallardan zərər çəkmiş şəxslərə humanitar yardım daha operativ şəkildə çatdırıla bilər.

Xəbər lenti

Xəbər lenti