...

TQDK hüquq-mühafizə orqanlarına müraciət edəcək

Cəmiyyət Materials 22 İyun 2012 12:09 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də keçirdiyi buraxılış imtahanında aşkarlanmış neqativ hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib
TQDK hüquq-mühafizə orqanlarına müraciət edəcək

Azərbaycan, Bakı, 22 iyun /Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də keçirdiyi buraxılış imtahanında aşkarlanmış neqativ hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Yevlax rayonunda buraxılış imtahanında iştirak etmək üçün binaya giriş zamanı bir şagirdin təqdim etdiyi arayışlarda orada iki ayrı şəxsin şəklinin olduğu üzə çıxıb. Həmin arayışların şagirdlərə məktəb direktorları tərəfindən verildiyini deyən TQDK sədrinin sözlərinə görə, bu hal onu göstərib ki, bir şagird başqasının yerinə imtahan vermək istəyibmiş.

TQDK sədri həmin şagirdin adını və necənci sinif şagirdi olması barədə məlumatı da açıqlamaq istəməyib.

Abbaszadə deyib ki, hazırda TQDK tərəfindən bu məlumatla bağlı xidməti araşdırma aparmaq imkanı yoxdur. TQDK bu faktla bağlı prokurorluq orqanlarına müraciət edəcək.

Orta məktəb direktorlarının buraxılış imtahanlarının keçirilməsinə təsir göstərmək imkanının olmadığını deyən TQDK sədrinin sözlərinə görə, direktorlar istəsə də, imtahanın keçirilməsinə təsir göstərə bilməzdilər və göstərməyiblər.

"Direktorlar yalnız şagirdlərə kimliklə əlaqədar arayışlar veriblər. Bizdə indi bir fakt aşkarlanıb. Ümidvaram ki, ayrı belə fakt yoxdur və olmayacaq. Attestatların verilməsi ilə bağlı neqativ hal olsa, bu artıq bizlik deyil", - Abbaszadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti