...

Fəzail İbrahimli: Azərbaycan hərbi baxımından regionun aparıcı dövlətidir

Cəmiyyət Materials 26 İyun 2012 12:10 (UTC +04:00)
Bu gün Azərbaycan regionun həm iqtisadi, həm hərbi baxımından regionun aparıcı dövlətidir
Fəzail İbrahimli: Azərbaycan hərbi baxımından regionun aparıcı dövlətidir

Azərbaycan, Bakı, 26 iyun / Trend müxbir M.Əliyev/

Bu gün Azərbaycan regionun həm iqtisadi, həm hərbi baxımından regionun aparıcı dövlətidir. Bunu çərşənbə axşamı Trend-ə Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.

Onun sözlərinə görə, dövlətin mövcudluğunun bir neçə şərti var və birincisi onun gücü, hərbi qüdrətidir.

"Xüsusən bu gün, beynəlxalq münasibətlərin hüquqa yox, zora söykəndiyi dövrdə ordu çox vacib məsələlərdən biridir", - o deyib.

Deputat qeyd edib ki, Azərbaycanın regionda güclü orduya malikdir.

İbrahimli xüsusi qeyd edib ki, ordu xarici siyasət fəaliyyətinin reallaşdırılması yolunda ən vacib amillərdən biridir.

Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Xəbər lenti

Xəbər lenti