...

MPM qrupunun üzvləri 6 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər

Cəmiyyət Materials 30 İyun 2012 14:58 (UTC +04:00)
İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə MPM qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) növbəti qısamüddətli başçəkmə həyata keçiriblər.
MPM qrupunun üzvləri 6 saylı cəzaçəkmə müəssisəsinə
başçəkmə həyata keçiriblər

Azərbaycan, Bakı, 30 iyun /Trend/

İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə MPM qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) növbəti qısamüddətli başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəssisə rəhbərliyi tərəfindən bu qrupun fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Başçəkmə zamanı müəssisənin bir sıra obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb.

MPM qrupunun həmin müəssisəyə cari ilin aprelində keçirdiyi başçəkmə zamanı verilmiş bir sıra tövsiyələr də nəzərə alınaraq, Ədliyyə Nazirliyinin tapşırığı ilə müəssisədə xeyli işlər görülüb, CÇM-in bir çox obyektlərində, o cümlədən cərimə təcridxanasında təmir işləri yekunlaşdırılıb.

Cərimə təcridxanasında qəbul edilmiş 24 nəfər məhkum saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.

MPM-in rəhbəri olan Ombudsman başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti