...

Azərbaycanda orta məktəb müəllimlərinin işə qəbulu birmərhələli həyata keçiriləcək

Cəmiyyət Materials 4 İyul 2012 11:41 (UTC +04:00)
Növbəti tədris ili üçün Azərbaycanın orta məktəblərində vakant müəllim yerlərinə işə qəbul birmərhələli həyata keçiriləcək.
Azərbaycanda orta məktəb müəllimlərinin işə qəbulu birmərhələli həyata keçiriləcək

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İsabalayeva/

Növbəti tədris ili üçün Azərbaycanın orta məktəblərində vakant müəllim yerlərinə işə qəbul birmərhələli həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbulu üçün əlavə yerləşdirmə aparılmayacaq.

"Yerləşdirmə birdəfəlik aparılacaq. Çalışacağıq ki, bu işi birdəfəlik başa çatdıraq. Ötən il təkrar yerləşdirmə apardıq, əlavə söz-söhbətlər yarandı. Belə söz-söhbətləri yersiz hesab edirəm və onların olmasını istəmirəm", - nazir deyib.

Mərdanov bildirib ki, orta biliyi və bacarığı olan müəllimlər bu imtahanlarda uğur qazanaraq işə qəbul oluna bilərlər.

Onun sözlərinə görə, ötən illərdə olduğu kimi, bu il də imtiyazlı ucqar kənd yerlərindəki vakant müəllim yerlərinə işə qəbul üçün tələb olunan minimal bal Bakı ilə müqayisədə aşağı olacaq.

Xəbər lenti

Xəbər lenti