...

Azərbaycanda bir sıra məhsulların satışı və istehsalına qadağa qoyulub (FOTO)

Cəmiyyət Materials 5 İyul 2012 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bir sıra müəssisə və sexlərdə çörək və digər məhsulların istehsalına dövlət nəzarəti həyata keçirilib.

Komitənin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, aşkar olunmuş qanun pozuntuları və nöqsanlarla əlaqədar olaraq, Bakı şəhərində fiziki şəxs Yaşar Demirciyə məxsus sexdə karamel, fiziki şəxs Tahir Nəbiyevə məxsus sexdə alkoqolsuz içki, qazlı su və meyvə nektarları, "Amal" firmasında süd məhsulları, Sumqayıt şəhərində fiziki şəxs Cavanşir Bağırova məxsus sexdə, "Gündüz" MMC-də və "Jalə-94" firmasında çörək, Abşeron rayonunda "DMC Kompani" MMC-də alkoqolsuz içki, meyvə şirələri və qablaşdırılmış içməli sular, Xırdalan şəhərində fiziki şəxs Nazim Qarayevə məxsus sexdə süd məhsulları, Kürdəmir şəhərində fiziki şəxs Sübhan İslamzadəyə məxsus sexdə çörək, Cəlilabad şəhərində fiziki şəxs Məmmədəli Abbasova məxsus sexdə çörək, Masallı şəhərində fiziki şəxs Tofiq Məmmədova məxsus sexdə çörək, Şəki şəhərində fiziki şəxs Şahid Abdullayevə məxsus sexdə isə alkoqolsuz içkilərin istehsalı və satışı qadağan edilib.

Xəbər lenti

Xəbər lenti