...

Azərbaycanda ali məktəblərdə jurnalistika ixtisasına qəbulun dayandırılmasının səbəbləri açıqlanıb

Cəmiyyət Materials 13 İyul 2012 11:40 (UTC +04:00)
Ali məktəblərdə jurnalistika ixtisasına qəbulun dayandırılması həmin təhsil müəssisələrində jurnalist hazırlığının qənaətbəxş olmaması ilə əlaqədardır.
Azərbaycanda ali məktəblərdə jurnalistika ixtisasına qəbulun dayandırılmasının səbəbləri açıqlanıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/

Özəl ali məktəblərdə jurnalistika ixtisasına qəbulun dayandırılması həmin təhsil müəssisələrində jurnalist hazırlığının qənaətbəxş olmaması ilə əlaqədardır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

"Həmin ali təhsil müəssisələrində jurnalistika hazırlığının keyfiyyəti ilə bağlı müəyyən monitorinqlər keçirilib və bu nəticəyə gəlinib", - o deyib.

Onun sözlərinə görə, bu qərar hansısa qurum tərəfindən deyil, komissiyanın gəldiyi qərardır.

"Bu komissiyanın üzvü kimi həmin qərara hörmətlə yanaşıram", - nazir deyib.

Mərdanov növbəti illərdə həmin özəl təhsil müəssisələrində jurnalistika ixtisasına qəbulun bərpa olunacağını deyib.

"Əgər keyfiyyət yüksək olarsa, Azərbaycan cəmiyyəti həmin universitetlərdə jurnalist hazırlığının keyfiyyətinə müsbət yanaşarsa, gələcəkdə bu ixtisasa qəbul aparıla bilər", - Mərdanov deyib.

Xəbər lenti

Xəbər lenti