...

Bakı və Sumqayıtda qanunsuz yaşayan 40-a yaxın əcnəbi aşkar edilib

Cəmiyyət Materials 16 İyul 2012 15:40 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 9-14-də xidmət tərəfindən Bakı və Sumqayıt şəhərlərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.
Bakı və Sumqayıtda qanunsuz yaşayan 40-a yaxın əcnəbi aşkar edilib

Azərbaycan, Bakı, 16 iyul /Trend müxbir K.Zərbalıyeva/

Ötən həftə Bakı və Sumqayıtda qanunsuz yaşayan 40-a yaxın əcnəbi aşkar edilib.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 9-14-də xidmət tərəfindən Bakı və Sumqayıt şəhərlərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.

Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 38 əcnəbi aşkar edilib.

Onlar barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti