Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Heydər Əliyev" adlı ikicildlik fundamental monoqrafiya çapa hazırlanır.
İnstitutdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu gün İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə göstərilən monoqrafiyanın müəllif heyətinin toplantısı keçirilib. İclasda monoqrafiyanın hazırlanması ilə əlaqədar işin gedişi geniş müzakirə olunub. Qərara alınıb ki, göstərilən fundamental əsər üzərində iş sürətləndirilməlidir.
"Heydər Əliyev" monoqrafiyasının yaxın bir il ərzində yüksək poliqrafik səviyyədə və nəfis tərtibatda nəşr olunması nəzərdə tutulub.