...

III qrupda ixtisas seçimində iştirak üçün tələb olunan minimal bal aşağı salınıb

Cəmiyyət Materials 17 İyul 2012 17:41 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal balı aşağı salıb.
III qrupda ixtisas seçimində iştirak üçün tələb olunan minimal bal aşağı salınıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal balı aşağı salıb. Bunu Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, III qrup abituriyentlərinin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal bal əvvəl 300 nəzərdə tutulmuşdu, lakin müsabiqə vəziyyəti nisbətən aşağı olduğu üçün minimal bal 300-dən 250-yə endirilib.

İxtisas seçimində iştirak üçün abituriyentlərin bir imtahan fənni istisna olmaqla, qalan 4 fənn üzrə topladığı nisbi bal 10-dan az olmamalıdır.

Xəbər lenti

Xəbər lenti