...

Azərbaycanda korrupsiya ilə mübarizə sahəsi üzrə iki yeni sənəd hazırlanıb

Cəmiyyət Materials 18 İyul 2012 11:28 (UTC +04:00)
Azərbaycanda korrupsiya ilə mübarizə sahəsi üzrə iki yeni sənəd hazırlanıb.
Azərbaycanda korrupsiya ilə mübarizə sahəsi üzrə iki yeni sənəd hazırlanıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda korrupsiya ilə mübarizə sahəsi üzrə iki yeni sənəd hazırlanıb.

Trend-in məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının katibi İnam Kərimov bu gün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu ilin birinci yarısının nəticələri ilə bağlı keçirilən tədbirində deyib ki, Açıq hökumətin təşviqi üzrə Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planı hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabineti rəy və təkliflərini bildirdikdən sonra sənəd təsdiq olunması üçün Prezidentə təqdim ediləcək.

Kərimov deyib ki, həmin sənədlər ilk olaraq Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində Fəaliyyət Planı kimi hazırlanıb. Sonradan sənəd layihəsi iki hissəyə ayrılaraq iki fəaliyyət planı kimi hazırlanıb. Həmin sənəd layihələri Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hazırlanıb.

Kərimov bildirib ki, Fəaliyyət planlarının hazırlanmasına vətəndaş cəmiyyətinin nümayəndələri cəlb olunub. QHT-lərin bu sahədəki təklifləri layihələr hazırlanarkən nəzərə alınıb. Fəaliyyət planları artıq ictimai müzakirəyə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti