...

Azərbaycanda doktoranturaya sənəd qəbulunun aparılma tarixləri açıqlanıb

Cəmiyyət Materials 18 İyul 2012 13:15 (UTC +04:00)
Azərbaycanda növbəti tədris ili üçün ali təhsilin doktorantura səviyyəsi üzrə sənəd qəbulunun aparılacağı tarixlər açıqlanıb.
Azərbaycanda doktoranturaya sənəd qəbulunun aparılma tarixləri açıqlanıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda növbəti tədris ili üçün ali təhsilin doktorantura səviyyəsi üzrə sənəd qəbulunun aparılacağı tarixlər açıqlanıb.

Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova çərşənbə günü Trend-ə deyib ki, nazirliyin sisteminə daxil olan ali məktəblər və elmi tədqiqat müəssisələrində sənəd qəbuluna sentyabrın 15-dən başlanacaq və oktyabrın 15-dək davam edəcək. İmtahanların keçirilməsinə isə oktyabrın 20-dən başlanılacaq.

Şöbə müdirinin sözlərinə görə, nazirliyin doktoranturaya qəbul aparmağa icazə verilən ali məktəblər və elmi tədqiqat müəssisələri özləri sənəd qəbulu aparacaq və qəbul imtahanı keçirəcəklər.

Hüseynova deyib ki, sənəd qəbulunu müəssisələr qeyd edilən müddət ərzində müxtəlif tarixlərdə apara bilərlər.

AMEA-nın Doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva isə Trend-ə bildirib ki, akademiya sistemindəki elmi təşkilat və müəssisələrdə doktoranturaya sənəd qəbuluna sentyabrın 1-dən başlanacaq və bir ay davam edəcək. Bununla bağı elan avqustun ortalarında veriləcək.

Qeyd edək ki, TN növbəti il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 325, fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 377, elmlər doktoru proqramı üzrə doktoranturaya 85, dissertanturaya 89 plan yeri ayırmağı nəzərdə tutur.

AMEA-nın qəbul planında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 332, elmlər doktoru proqramı üzrə 120 yerin ayrılması təklif edilib. Hər iki qəbul planı artıq təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti