Azərbaycan, Bakı, 25 iyul /Trend/
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət göstərən "Qadın klubu"nun növbəti qonağı Şimalı Kibris Türk Cumhuriyyətinin Bakıdakı elçisi Zəki Qazıoğlu olub.
Trend-in məlumatına görə, görüşdə iştirak edən jurnalistlərin suallarını cavablandıran Qazıoğlu Avropa İttifaqına rum tərəfin sədrliyindən, adanın problemlərinin həllindəki çətinlikdən, Azərbaycan-ŞKTC əlaqələrinin durumundan, təhsil və turizm sahəsindəki əməkdaşlıqdan, Azərbaycanda olduğu 6 il müddətindəki fəaliyyətindən geniş söhbət açıb.
Qazıoğlu diplomatik missiyasinin sona çatdığını və öz ölkəsində fəaliyyətini davam etdirəcəyini deyib. O, həmçinin ŞKTC-də olduğu müddətdə Azərbaycanla daima təmasda olacağını xüsusi vurğulayıb.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.