...

IDEA Kampaniyası "Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqəsinin təqdimatını keçirib (FOTO)

Cəmiyyət Materials 25 İyul 2012 15:52 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 12 iyul 2011-ci ildə başladılmış IDEA (Ətraf Mühitin Qorunması naminə Beynəlxalq Dialoq) Kampaniyası öz fəaliyyətini təşviq etməklə yanaşı, ətraf mühit məsələlərinə həssas yanaşan tərəfdarlarının sayını artırmaqda davam edir.
IDEA Kampaniyası "Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqəsinin təqdimatını keçirib (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 12 iyul 2011-ci ildə başladılmış IDEA (Ətraf Mühitin Qorunması naminə Beynəlxalq Dialoq) Kampaniyası öz fəaliyyətini təşviq etməklə yanaşı, ətraf mühit məsələlərinə həssas yanaşan tərəfdarlarının sayını artırmaqda davam edir.

Kampaniyadan Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, bu gün IDEA Kampaniyasının nümayəndələri tərəfindən Beynəlxalq Təhsil üzrə Amerika Şurasında ABŞ-ın Gənc Liderlik Proqramının iştirakçıları üçün kampaniyanın həyata keçirdiyi "Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqəsinin təqdimatı keçirilib.

Təqdimat zamanı kampaniya nümayəndələri IDEA-nın yaranma tarixi, məqsəd və hədəfləri haqqında amerikalı yeniyetmələri məlumatlandırıblar. ABŞ-ın 25-ə yaxın müxtəlif ştatlarından olan yeniyetmələr IDEA Kampaniyasına böyük maraq göstərib və məmnuniyyətlə kampaniyaya qoşulmaq haqqında niyyətlərini görüş zamanı bildiriblər.

Bundan əlavə, yeniyetmələr "Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqəsində iştirak etmək üçün qoyulan şərtlər haqqında daha ətraflı məlumat aldıqdan sonra birmənalı olaraq müsabiqəyə qatılacaqlarını da kampaniya nümayəndələrinə çatdırıblar.

Xəbər lenti

Xəbər lenti