...

Azərbaycan gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir

Cəmiyyət Materials 27 İyul 2012 14:04 (UTC +04:00)
Azərbaycan gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir.
Azərbaycan gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir

Azərbaycan, Bakı, 27 iyul / Trend müxbir M.Əliyev/

Azərbaycan gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir. Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından cümə günü bildirilib ki, Heydər Əliyev Fondu və Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən 2012/2013-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində Azərbaycan gənclərinin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir.

Bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycan ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 80-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.

Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 30-dan avqustun 9-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər avqustun 10-da TQDK-da ingilis dilində yazı işi (inşa) yazmalı, yazı işindən məqbul alanlar Litvanın Azərbaycandakı səfirliyində müsahibədə iştirak edəcəklər.

Müsabiqədə müvəffəqiyyət qazananların Litvada təhsil alması dövlət hesabına maliyyələşdirilir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödənilməlidir.

Xəbər lenti

Xəbər lenti